media-inshot_20250728_172449966

Rusiyanın ən iri aviaşirkəti olan “Aeroflot”un İT infrastrukturuna böyükmiqyaslı kiberhücum həyata keçirilib.

Patrulaz.az “Bez Tormozov” teleqram kanalına əsasən xəbər verir ki, hücumun arxasında “Silent Crow və Cyberpartisans BY” adlı haker qrupları dayanır.

Qruplar “Aeroflot”un idarəetmə sistemini sındıraraq, 20 terabaytdan çox məlumatı oğurlayıb və təxminən 7 min serveri silərək sistemin fəaliyyətini yararsız hala salıb.

Hadisə nəticəsində bir sıra aviareyslər təxirə salıdıqdan sonra hava limanlarında texniki nasazlıqlar yaranıb.

Məlumata görə, idarəetmə sistemi də tamamilə sıradan çıxıb. Buna görə də “Aeroflot”un sisteminin tam bərpası altı aya qədər çəkə bilər.

Qeyd edək ki, ümumilikdə zərər 50 milyon dolları keçib.

media-img_20250728_172229_909

Gülbəniz Səfərova


Bənzər xəbərlər