Rusiya hücum etdi, Ukrayna cavab verdi: Dəmiryolları vuruldu - VİDEO
Rusiya ilə Ukrayna arasında hərbi gərginlik davam edir.
Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Silahlı Qüvvələri Xarkov vilayətinin Lozovaya şəhərinə zərbələr endirib.
Kütləvi hücum nəticəsində şəhərin dəmiryol vağzalı ciddi ziyan görüb, həmçinin su və elektrik təchizatında problemlər yaranıb.
Hücum zamanı növbətçi mexanik həlak olub, 4 dəmiryol əməkdaşı isə yaralanıb.
Digər tərəfdən, Ukrayna ordusu Rostov vilayətinə pilotsuz uçuş aparatları ilə hücum həyata keçirib. Tatsinskaya dəmiryol stansiyasının ərazisində yanğın baş verib.
Gülbəniz Səfərova






