media-inshot_20260119_200331453

“1990-cı ilin 20 Yanvar faciəsinə aparan yol böyük oyunun, məkirli planın tərkib hissəsi idi. Xalqlar arasında artan gərginliyin qarşısını almaq əvəzinə Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət törətdi. Məhz 20 yanvar hadisələri xalqımızın gözünü daha da açdı. Çünki planlı və şüurlu şəkildə Stavropoldan, Rostovdan, Krasnodardan xüsusi təlim keçmiş erməni zabit və əsgərləri, kursantları Azərbaycan xalqının üzərinə göndərildi. Xalqımızın mərd, igid, oğul və qızları tankların altında qaldı. Qadın demədən, qoca, uşaq demədən, ağır texnikadan atəşə tutularaq insanlar kütləvi şəkildə qətlə yetirildi”.

Bu fikirləri deputat Azər Badamov Patrul.az-a açıqlamasında 20 Yanvar faciəsində ölən şəhidlərimizin ruhunu yad edərkən deyib.

Deputat bildirib ki, 20 Yanvar hadisələri xalqın iradəsini sındıra bilmədi, əksinə, sovet imperiyasına qarşı nifrəti gücləndirdi və bu faciəyə yalnız Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verildi:

“Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katini Mixail Qorbaçovun əmri ilə qoşun hissələri Azərbaycanın bir neçə rayonuna yeridildi. Məqsəd xalqımızın gözünü qorxutmaq, müstəqilliyə gedən yolun qarşısını almaq idi. Lakin mərd xalq yolundan dönmədi.Məhz 20 yanvar hadisələri İmperiyaya qarşı nifrəti ən yüksək mərtəbəyə çatdırdı. 20 yanvar hadisələri bütün məkirli niyyətləri ifşa etdi. Baxmayaraq ki, Azərbaycan Xalq Cəbhəsi söz verdi ki, 20 yanvar hadisələrinə siyasi qiymət veriləcək, lakin hakimiyyətə gəldikdən sonra bu mövzu tamamilə unuduldu. Yalnız Ümummilli Lider Heydər Əliyev tərəfindən ilk dəfə yanvar hadisələrinə siyasi hüquqi qiymət verildi”.

media-img-20260119-wa0052

“20 yanvar hadisələri zamanı qurban gedən insanların qanı yerdə qalmadı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində, antiterror əməliyyatlarında Şanlı Azərbaycan Ordusu ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etməklə xalqımızın məğrur obrazını bir daha dünyaya nümayiş etdirdi. 20 yanvar hadisələri nə qədər ağır olsa da, eyni zamanda bizim fəxarət yerimizdir”, – deyə deputat əlavə edib

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər