media-inshot_20250826_151132263

Türkiyənin İsparta şəhərində gölməçədə əylənən yeniyetmələrdən birinin ağır xəsarət alması həyatına son qoyub.

Patrulaz.az “Sondakika.com”a istinadən xəbər verir ki, dostları ilə birlikdə sərinləmək üçün gölməçəyə baş üstə girən 16 yaşlı İsmail Karaaslan sərt şəkildə yerə çırpılıb.

Hadisə anı dostları tərəfindən anbaan çəkilib. Kadrlarda oğlanın başını gölməçəyə atdığı, az sonra isə hərəkətsiz olaraq suyun səthində üzdüyü görünür.

Qeyd edək ki, yeniyetmə başından aldığı zərbə səbəbilə 15 gün reanimasiyada qaldıqdan sonra dünyasını dəyişib. 

media-baliklama-atlayis-olumle-sonuclandi-o-anlar-18981980_amp

Gülbəniz Səfərova


Bənzər xəbərlər