media-inshot_20250827_112943111

Sabunçuda yanğın hadisəsi baş verib.

Patrulaz.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli, dördotaqlı evin 2 otağının tavanı və ondulindən ibarət dam örtüyü 100 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Bənzər xəbərlər