Toy günü əmisi arvadı tərəfindən öldürülən bəyin görüntüləri yayılıb - VİDEO
Türkiyədə toy günü güllələnərək öldürülən bəyin son görüntüləri yayılıb.
Patrulaz.az “Sondakika.com”a istinadən xəbər verir ki, bədbəxt hadisə Giresun şəhərində keçirilən toy mərasimi zamanı baş verib.
Belə ki, bəy, 23 yaşlı Ali Karaca toyunun son dəqiqələrində, ailəsi ilə rəqs edərkən bir neçə şəxslər tərəfindən açılan atəş nəticəsində vurulub.
Hadisədən sonra xəstəxanaya çatdırlan bəyə bütün tibbi müdaxilələr edilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Məsələ ilə bağlı aparılan araşdırmalar nəticəsində bəyin əmisi və onun həyat yoldaşı cinayəti törətməkdə şübhəli bilinərək həbs olunub.
Gülbəniz Səfərova






