media-1730486818_671a5c1cecda4671a5c1cecda51729780764bb7bb42dee2fa486fe44736dd471859f

“Kim bu prosesi sabotaj etməyə çalışarsa, bunun əvəzini ödəyəcək”.

Patrulaz.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çinə səfərindən qayıtdıqdan sonra jurnalistlərin “YPG-nin Suriya ordusuna qoşulmasına mane olan İsraildir?” suallarını cavablandırarkən deyib.

Prezident bu məsələdə Suriyanı tək qoymayacağını, YPG-Suriya məsələsini yaxından izlədiyini və hətta İsrail olsa belə, ölkənin daxilində hər hansı pozuntu hallarına icazə verməyəcəyini bildirib:

“Suriyada xaos yaratmaq istəyənlər çoxdur. Biz onların kim olduğunu bilirik. Ona görə də Suriyanı tək qoymayacağıq. Biz hər zaman onların yanında olacağıq. İnşallah, Suriyanın ayağa qalxmasına heç kim mane ola bilməz. Xaosa sərmayə qoyan sərkərdələr bu dəfə uduzacaqlar. Ərəb, kürd, türkmən, ələvi, sünni, xristian – bütün seqmentləri ilə Suriya xalqı qalib gələcək. Bunu da çox açıq şəkildə bildirmək istəyirəm: Kim bu prosesi pozmağa çalışırsa, bunun əvəzini ödəyəcək”, – deyə Ərdoğan bildirib.

Qeyd edək ki, YPG ilə bağlı məsələlər regionda həssas mövzulardan biridir. Bu qrup kürdlərin əsasən Suriyada fəaliyyət göstərən silahlı qüvvələrindən biridir.


Bənzər xəbərlər