Uzun fasilədən sonra açıqlama verən Tramp: "Putin barəsində çox maraqlı şeylər öyrəndim"
Uzun müddət kameraların qarşısına çıxmayan ABŞ prezidenti Donald Tramp nəhayət mətbuata açıqlamalar verməyə başlayıb.
Patrulaz.az xəbər verir ki, Trampın 1 həftə media mühitindən uzaq düşməsi onun ağır xəstə olması ilə bağlı şayələrin ortaya çıxmasına səbəb olmuşdu. Lakin o səssizliyinə son verərək ABŞ-nin Ağ Evində önəmli açıqlamalar verib.
Tramp çıxışında “Mənim çox vacib bir açıqlaman var”, deyərək jurnalistlərə bunun “ABŞ Kosmik Qüvvələrinin qərargahının Alabama ştatına köçürülməsi” xəbərinin olduğunu deyib.
ABŞ lideri, həmçinin Rusiya Prezidenti Vladimir Putin barəsində də maraqlı şeylər öyrəndiyini bildirsə də, bunun nə olduğunu açıqlamayıb:
“Çox maraqlı şeylər öyrəndim. Bir neçə gün içində bunları öyrənəcəksiniz”.
Donald Tramp həmçinin səhhəti ilə bağlı iddialara cavab verərək, ölümü ilə bağlı yayılan xəbərlərin yalan olduğunu və sadəcə həftəsonu çox məşğul olduğunu bildirib. O, ABŞ-nin sabiq prezidenti Co Baydenin mətbuatda uzun müddət görünməsinə heç bir reaksiya verilmədiyini, lakin özü barəsində yayılan şayələrin dərhal gündəmə gətirilməsini tənqid edib:
“Sağlamlığımla bağlı deyilən xəbərlərin hamsı yalandır. Mətbuata açıqlama vermədiyim üçün bir problemimin olduğunu düşündülər. Co Bayden 1 ay boyunca açıqlama vermədi, amma ona kimsə heçnə demədi”.
Gülbəniz Səfərova






