22 il makiyajını silməyən qadının üzü tanınmaz hala düşdü - FOTO
Çində 22 il ərzində üzünü düzgün təmizləmədiyini etiraf edən qadının görüntüləri sosial mediada geniş yayılıb.
Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, 37 yaşlı qadının illərlə göstərdiyi səhlənkarlıq səbəbilə üzü allergik reaksiya verərək şişmiş və nəticədə tanınmaz hala düşmüşdür.
Gao adlı bu qadının sözlərinə görə, o ilk dəfə 15 yaşında anasının makiyajından istifadə edib. Həmin vaxtdan bəri makiyaj etdikdən sonra üzünü yalnız adi su ilə yuduğunu və yenidən makiyaj etdiyini etiraf edib.
Onun sözlərinə görə, illərlə üzünün dərisində ciddi problem yaranmasa da, sonradan dərisi tanınmaz hala düşüb.
Sosial mediada paylaşdığı videoda Gao üzünün mövcud görüntüsünə görə çölə çıxa bilmədiyini də etiraf edib:
“Qaşıntıya dözə bilmirəm, evdən çıxa bilmirəm. Üzüm qırışıb və dəhşətli görünür. Çölə çıxmağa, insanlarla qarışmağa cəsarətim yoxdur”,-deyə o bildirib.
Məlumata görə, o, dəri problemlərinə görə həkimə müraciət etmək əvəzinə gözəllik salonlarına və klinikalara üz tutur. Bu isə vəziyyətini daha da ağırlaşdırıb.

Gülbəniz Səfərova






