Paytaxtda toyda rəqs edən oğlan qəfil öldü
Bakıda toyda ölüm hadisəsi baş verib.
Patrulaz.az “Lentaz.az”a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda yerləşən şadlıq evlərindən birində qeydə alınıb.
Toy məclisində rəqs edən, 1988-ci il təvəllüdlü Tural Musayevin vəziyyəti qəfildən pisləşib. Şadlıq evinə təcili yardım çağırılsa da onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.






