Tramp: "Avropa liderləri Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Vaşinqtona yığılacaq"
ABŞ Prezidenti Donald Tramp Avropa liderlərinin Rusiya-Ukrayna müharibəsinə son qoyulması ilə bağlı müzakirələr aparmaq məqsədilə yaxın günlərdə Vaşinqtona səfər edəcəklərini açıqlayıb.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp görüşün bazar ertəsi və ya çərşənbə axşamı baş tutacağını bildirib.
Dövlət başçısı, həmçinin Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacağını və Moskvaya qarşı sanksiyaların ikinci mərhələsinə keçməyə hazır olduqlarını vurğulayıb.
Qeyd edək ki, Trampın Moskvaya sanksiyalar tətbiq etmək qərarı Rusiyanın Ukraynaya ən genişmiqyaslı hava hücumunu həyata keçirməsi, nəticədə azı dörd nəfərin həlak olması və paytaxt Kiyevdə əsas hökumət binasının yanmasından sonra qəbul edilib.






