media-inshot_20250912_101923075

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza layihəsini təsdiqləyib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahu işğal altındakı İordan çayının qərb sahilini ilhaq etmək və Şərqi Qüdsdə qeyri-qanuni məskunlaşmaları genişləndirmək məqsədilə “E1 Layihəsi”nin irəliləyişini təsdiq edib.

“Fələstin dövlətinin olmayacağına dair verdiyimiz sözə əməl edəcəyik, bura bizə məxsusdur”, deyən baş nazir Fələstinin qurulmasına icazə verməyəcəyini bildirib.

Məlumata görə, təsdiqlə Maale Adumim qəsəbəsi yaxınlığında 3401, ətraf ərazilərdə isə 3515 yeni ev tikiləcək.

Tarixən Şərqi Qüdsün bir hissəsi olan, lakin Ayrılıq Divarının (Utanc Divarı) İordan çayının qərb sahili hissəsinə düşən Azəriyə Fələstin məhəlləsi yaxınlığında salınan “Maale Adumim” qəsəbəsini Qərbi Qüdsə aparan yola birləşdirmək üçün “E1 Layihəsi” başladılıb.

Bu çərçivədə, 1999-cu ildə bölgədə 4000-dən çox qeyri-qanuni yaşayış evi və otel tikmək üçün 12 min hektar Fələstin ərazisi ələ keçirilib.

“E1 Layihəsi” Şərqi Qüdsü İordan çayının qərb sahilindəki Fələstin ərazilərindən təcrid etmək və əlaqəni kəsmək məqsədi daşıyır.

 


Bənzər xəbərlər