media-inshot_20251015_163509645

Son günlər Azərbaycanda taksilərin sayına limit qoyulması məsələsi müzakirə olunur. Bu addımın əsas məqsədi bazarda nizam yaratmaq və mövcud taksilərin keyfiyyətini artırmaqdır.

Bəs, taksi sayına qoyulacaq bu limit qiymətlərə necə təsir göstərəcək?

Bu barədə nəqliyyat eksperti Aslan Əsədov Patrulaz.az-açıqlamasında bildirib ki, taksilərin kvotasına limit qoyulsa da, hal-hazırda lisenziyaların sayı 25 minə çatmayıb və yaxın gələcəkdə kvotada artım gözlənilir:

“Taksilərlə bağlı onu demək olar ki, əgər onların kifayət qədər kvotasına limit qoyulubsa, burada bir məsələ var: Bu kvota 25 minlikdir və buna kifayət qədər lisenziya verilməyib. Yəni, ümumi lisenziyaların sayı hələ 25 minə yaxınlaşmayıb. Ona görə də say artsa, təbii ki, kvotada da artım olacaqdır və bildiyimiz kimi, ayrılan kvotalar taksi fəaliyyəti ilə məşğul olan şəxslərin nəqliyyat vasitələrinin yenilənməsi deməkdir. Həm maşın yenilənir, həm də özü. Təbii ki, 25 mindən yuxarı olması, ciddi problem yaradacaq. Amma hal-hazırkı, dövrdə heç o qədər sənəd alan yoxdur. Ona görə düşünürəm ki, bu kvotada say artacaqdır”.

A.Əsədov taksi çatışmazlığı əsasən nəqliyyat infrastrukturunun düzgün əlaqələndirilməməsindən irəli gəldiyini də vurğulayıb:

“Qaldı ki, taksi çatışmazlığına əsas səbəblərdən biri də bugünkü nəqliyyat infrastrukturunun bir-biri ilə əlaqəsinin düzgün qurulmamasıdır. Nəqliyyat sistemi qarşılıqlı koordinasiya ilə düzgün təşkil olunarsa, taksi az olsa belə kifayət qədər xidmət göstərmək mümkün olacaqdır. Ona görə də biz bunları ayırd etməyi bacarmalıyıq”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər