media-1664216872_6331ed1153ce26331ed1153ce316642163376331ed1153cdd6331ed1153cdf

Bu gün – 27 Sentyabr, Azərbaycanın tarixinə həm kədər, həm də qürur günü kimi qızıl hərflərlə yazılan Anım Günüdür.

Zəfərə gedən yolun başlanğıcı olan 2020-ci il 27 sentyabrdan artıq beş il keçir. Həmin gün başlayan Vətən müharibəsinin ilk anlarından torpaq uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bu gün bütün ölkə boyu ehtiramla yad olunur.

Beş il əvvəl – 2020-ci ilin 27 sentyabrında Azərbaycan Ordusu Ermənistanın uzun illər davam edən işğalçılıq siyasətinə son qoymaq üçün əks-hücum əməliyyatlarına başladı. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xalq, ordu və dövlət bir yumruq kimi birləşərək tarixi mübarizəyə atıldı.

44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində beş şəhər, dörd qəsəbə və 286 kənd işğaldan azad edildi. Azərbaycan xalqı 30 ilə yaxın həsrətlə gözlədiyi Böyük Qələbəyə qovuşdu.

Şəhidlərimizin qəhrəmanlığı sayəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, işğala son qoyuldu. Onların qanı, onların fədakarlığı ilə bu gün azad nəfəs alırıq.

27 Sentyabr Anım Günü təkcə kədər deyil, həm də bir anddır, Vətən yolunda canından keçənlərin xatirəsini yaşatmaq, onların qoyduğu izi gələcək nəsillərə ötürmək andı…

Allah bütün şəhidlərimizə rəhmət eləsin! 


Bənzər xəbərlər