media-inshot_20251029_233732374

“”Poseydon” qiyamət silahı sayıla bilər”.

Patrulaz.az “News.ru”ya istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O yenicə uğurla sınaqdan keçirilən “Poseydon” pilotsuz sualtı gəmisini “Burevestnik” ilə müqayisə edərək onu “qiyamət silahı” adlandırıb.

“Burevestnik”dən fərqli olaraq “Poseydon” sözün tam mənasında qiyamət silahı sayıla bilər, – deyə Medvedev qeyd edib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu günkü açıqlamasında atom elektrik stansiyası ilə təchiz edilmiş “Poseydon” sualtı avtomobilinin Rusiyada uğurla sınaqdan keçirildiyini bildirib.

Rusiya lideri sistemi “bu günə qədər dünyada analoqu olmayan” silah kimi qiymətləndirib və qeyd edib ki, “Poseydon” raket müdafiə sistemləri tərəfindən aşkarlana və zərərsizləşdirilə bilməz.

Gülbəniz Səfərova


Bənzər xəbərlər