“28 Mall”da qadının çantasını oğurlayan 47 yaşlı keçmiş məhkum həbs edildi
İyulun 26-da paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “28 Mall” ticarət mərkəzində bir qadının çantası talanıb.
Patrulaz.az xəbər verir ki, ticarət mərkəzinin yemək zonasındakı masaların birində əyləşən zərərçəkmiş şəxs yeməyin qalıqlarını tullamaq üçün qısa müddətlik oradan uzaqlaşıb. Naməlum şəxs masaya yaxınlaşaraq vətəndaşa məxsus içərisində 165 manat dəyərində əşyalar olan çantanı götürüb və hadisə yerindən xəlvətcə qaçıb. Vətəndaş geri qayıtdıqda çantasının masada olmadığını görən kimi dərhal polisə müraciət edib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 47 yaşlı Ç.Məmmədov saxlanılaraq həbs edilib.
Araşdırmalar davam etdirilir.






