media-inshot_20260423_103948262

Türkiyədə naməlum ölüm hadisəsi baş verib.

Patrul.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mersin əyalətinin Tarsus rayonundakı Berdan çayında gənc qadının meyiti tapılıb.

Aparılan istintaq nəticəsində qadının kimliyi müəyyən edilib və onun cəmi 3 gün əvvəl evləndiyi məlum olub.

Məlumata görə, təmizlik işçisi kimi çalışan qadının gödəkçəsi və ayaqqabıları hadisə yerinə yaxın körpüdə aşkarlanıb.

İstintaq çərçivəsində onun həyat yoldaşı ilə çəkdirdiyi foto və 19 aprel tarixində baş tutmuş toyuna aid dəvətnamə də tapılıb.

Hadisənin diqqətçəkən məqamı isə cəsədin həmin ərazidə itkin düşmüş 18 yaşlı başqa bir gəncin axtarışı zamanı polis əməkdaşları tərəfindən aşkar olunmasıdır.

İlkin ehtimala görə, təmizlik işçisinin intihar etdiyi bildirilir.

Faktla bağlı istintaq davam edir.

media-irmakta-bulunan-cesedin-kimlig-19774450-6595_1_m

Gülbəniz Səfərova


Bənzər xəbərlər