media-inshot_20250819_212620223

Ukraynanı Rusiyanın mümkün təhdidlərindən müdafiə etmək məqsədilə beynəlxalq miqyasda yeni plan hazırlanır.

Patrulaz.az “Minval.az”a istinadən xəbər verir ki, Yaponiya və Avstraliya da daxil olmaqla 30 ölkədən ibarət qrup Ukrayna üçün təhlükəsizlik təminatları üzərində işləyir.

NATO-nun baş katibi Mark Rutte bildirib ki, proses Britaniyanın baş naziri Key Starmer və Fransa prezidenti Emmanuel Makronun koordinasiyası ilə aparılır.

“Bu təşəbbüs Ukraynanın gələcək təhlükəsizliyini təmin etmək və müharibədən sonrakı dövr üçün sabitlik yaratmaq baxımından böyük əhəmiyyət kəsb edir”, – Rutte vurğulayıb.

Qeyd edək ki, avqustun 18-də Ağ Evdə Avropa liderləri Ursula fon der Leyen və Mark Ruttenin iştirakı ilə ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında da görüş keçirilib.


Bənzər xəbərlər