media-inshot_20260108_133700744

İranda baş verən etirazlara Təbriz və Urmiya şəhərlərində fəaliyyət göstərən bazar ticarətçiləri də qoşulublar.

Patrul.az “HRANA” saytında dərc olunan hesabata əsasən xəbər verir ki, 11 gündür davam edən etirazlar zamanı təhlükəsizlik qüvvələri ilə vətəndaşlar arasında baş verən toqquşmalar nəticəsində 38 nəfər həlak olub.

Məlumata görə, ölkənin 31 əyalətində keçirilən nümayişlər zamanı 34 etirazçı və 4 təhlükəsizlik qüvvəsi əməkdaşı həyatını itirib.

Ölkə üzrə ümumilikdə 348 məkanda baş tutan aksiyalar zamanı onlarla insan yaralanıb, 2217 nəfər isə saxlanılıb.

Tasnim Xəbər Agentliyinin məlumatına görə, etirazlar zamanı yaralanan polis əməkdaşlarının sayı 568 nəfərə, Bəsic milis üzvlərinin sayı isə 66 nəfərə çatıb.

Sahibkarlar da mağazalarını bağlayaraq tətil keçiriblər.

Xatırladaq ki, İranda etirazlar 2025-ci il dekabrın 28-də yerli valyutanın xarici valyutalara qarşı kəskin devalvasiyası və ölkədəki iqtisadi problemlər səbəbindən başlayıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər