media-inshot_20260416_101006572

ABŞ və İran arasında danışıqların ikinci mərhələsinin bu həftənin sonunda baş tutacağı gözlənilir.

Patrul.az xəbər verir ki, bu barədə “NBC News”a etibarlı mənbələr məlumat verib.

Hazırda tərəflər arasında əsasən Hörmüz boğazının blokadadan çıxarılması, İranın nüvə proqramı və aprelin 22-də başa çatacaq müvəqqəti atəşkəsin uzadılması məsələləri gündəmdədir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp da müharibənin sona yaxın olduğunu, danışıqların yaxın iki gün ərzində bərpa oluna biləcəyini bildirib. Tehran isə tərəflər arasında danışıqların Pakistan vasitəsilə davam etdiyini açıqlayıb.

Qeyd edək ki, Vaşinton-Tehran danışıqlarının ikinci mərhələsinin İslamabadda keçirilməsi ilə bağlı məsləhətləşmələr hələ də davam edir, alternativ olaraq Cenevrə (İsveçrə), Türkiyə və ya Misir də müzakirə olunur. Lakin yekun qərar hələlik verilməyib.


Bənzər xəbərlər