media-inshot_20260424_133814871

Hindistanın Maharaştra ştatında azyaşlılara qarşı silsilə cinayətlər törətməkdə ittiham olunan 19 yaşlı gənc saxlanılıb.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, Ayan Əhməd Tanvir (Məhəmməd Ayaz) adlı şəxs 180-dən çox azyaşlı qızı “sevgi tələsinə” salaraq onlara qarşı cinsi zorakılıq törətməkdə və bu prosesləri əks etdirən 350-dən çox video çəkməkdə günahlandırılır.

İstintaq materiallarına əsasən, şübhəli şəxs qurbanları ilə əsasən “WhatsApp” və “Snapchat” sosial şəbəkələri vasitəsilə əlaqə qurub. O, əldə etdiyi videolarla azyaşlıları şantaj edərək onları fahişəliyə məcbur edib.

Cinayətkar şəbəkənin digər üzvü, videoların yayılmasında iştirak edən Ujer Xan və daha bir neçə nəfər də polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

Hazırda məhkəmənin qərarı ilə polis nəzarətinə verilən şübhəlilərin cinayət əməllərinin digər təfərrüatları və mümkün digər qurbanların müəyyən edilməsi istiqamətində genişmiqyaslı araşdırmalar davam etdirilir.

media-inshot_20260424_133715121


Bənzər xəbərlər