media-inshot_20260416_162655663

Kahramanmaraşın Onikişubat rayonundakı Ayşer Çalık Orta Məktəbinə silahlı hücum edərək 9 nəfəri qətlə yetirən 8-ci sinif şagirdi İsa Aras Mersinlinin cinayətdən əvvəlki qanlı planları və sarsıdıcı yazışmaları üzə çıxıb.

Patrul.az xəbər verir ki, 14 yaşlı şagirdin “Discord” platformasındakı yazışmalarında məktəbə hücum edəcəyi ilə bağlı açıq ifadələr yer alıb. Mesajlarda o, hücumun vaxtını və hədəflərini belə müəyyən edib:

“Bunu bu gün edə bilərəm”; “Saat 15:00 radələrində”; “5-ci və 6-cı sinif şagirdləri hazır olsaydı, yaxşı olardı”.

Şagirdin yazışmalarındakı “5-ci siniflər” qeydi hadisə zamanı acı reallığa çevrilib. Şahidlərin və rəsmi mənbələrin məlumatına görə, hücumçu məhz 5-ci sinif şagirdlərinin olduğu otaqlara daxil olaraq atəş açıb.

Yazışmalarda şagirdin psixoloji vəziyyəti və ailəsi ilə bağlı problemləri də diqqət çəkib. O, mesajlarının birində “Atam məni boğaraq öldürməyə çalışdı” deyərək ailədaxili gərginliyə işarə edib.

Həmçinin qurduğu planlarda İsa Aras Mersinli bir “manifest” üzərində işlədiyini və dünyadan intiqam alacağını bildirib:

“Mən tezliklə manifestimi bitirib bir az yatacağam. Daha sonra bu dünyaya nə qədər yorğun olduğumu göstərəcəyəm”.

Qeyd edək ki, hadisədən sonra şagirdin keçmiş polis əməkdaşı olan atası Uğur Mersinli saxlanılıb.

Xatırladaq ki, 15 aprel 2026-cı il tarixində baş verən bu faciə nəticəsində 1-i müəllim, 8-i şagird olmaqla ümumilikdə 9 nəfər həyatını itirib, 20 nəfər isə yaralanıb. Şagird isə hadisəni törətdikdən sonra intihar edib.

media-saldirganin-okulu-basmadan-onc-9731b5728d-7128_1_m-1

Gülbəniz Səfərova


Bənzər xəbərlər