59 yaşlı kişi öz əkin sahəsində ölü tapıldı
Goranboy rayonunun Sarov kəndi ərazisində əkin sahəsində meyit aşkarlanıb.
Patrulaz.az “Lent.az”a istinadən xəbər verir ki, kənd sakini, 1966-cı il təvəllüdlü Səxavət Tanrıverdiyevin meyiti yaşadığı evin yaxınlığında yerləşən, ona məxsus əkin sahəsində tapılıb.
İlkin məlumata əsasən, 59 yaşlı şəxs yonca sahəsinin suvarılması zamanı qəfil ürək tutmasından vəfat edib.Hadisə yerinə Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.