6 yaşlı uşaq xəstəxanada yeni doğulmuş körpəni öldürdü
Fransada doğum şöbəsində nəzarətsiz qalan azyaşlı uşaq faciəyə səbəb olub.
Patrulaz.az xəbər verir ki, hadisə uşaq xəstəxanalarından birində baş verib. Məlumata görə, 23 yaşlı ana körpəsini qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib. Vaxtından əvvəl doğulan körpə neonatal reanimasiya şöbəsinə yerləşdirilib.
Bu zaman xəstəxananın doğum bölməsində nəzarətsiz şəkildə dolaşan 6 yaşlı uşaq reanimasiya bölməsinə daxil olaraq körpəyə yaxınlaşıb. O, körpəni oyuncaq kimi qaldırmaq istədiyi zaman əlindən yerə salıb. Nəticədə beyin travması alan körpəyə dərhal tibbi müdaxilələr edilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı danışan ailə üzvləri bildiriblər ki, azyaşlı uşaq gün ərzində dəhlizlərdə qaçır, otaqlara daxil olurmuş.
Qeyd edək ki, hadisə ilə bağlı xəstəxanada araşdırmalara başlanılıb.
Gülbəniz Səfərova






