60 yaşlı kişi tanışı tərəfindən döyüldü
Daşkəsən rayonunun dağlıq ərazisində yerləşən yaylaqda insident baş verib.
Patrulaz.az “Lent.az”a istinadən xəbər verir ki, 1965-ci il təvəllüdlü T. Ələkbərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta stabillikdə olduğu bildirilir.
İlkin məlumata əsasən, T. Ələkbərov tanışı tərəfindən döyülüb.
Faktla bağlı araşdırma aparılır.






