61 yaşlı kişi "kislota"dan zəhərləndi
Şəmkir şəhərində bir nəfər kimyəvi maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Patrulaz.az “Lent.az”a istinadən xəbər verir ki, şəhər sakini, 61 yaşlı M. Nəbiyev zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsindən sonra onun vəziyyətinin orta ağır olduğu bildirilib.
İlkin məlumatlara əsasən, M. Nəbiyev yaşadığı evdə istifadə etdiyi “Net” markalı kimyəvi təmizləyici maddədən (kislota) zəhərlənib.
Hazırda faktla bağlı araşdırma aparılır.






