media-image

Daşkəsən rayonunda qum boşaldılması zamanı baş verən bədbəxt hadisə 62 yaşlı kişinin həyatına son qoyub.

Patrulaz.az “Lent.az”a istinadən xəbər verir ki, hadisə iyunun 18-də rayon ərazisində qeydə alınıb. APA-ya istinadla yayılan məlumata görə, 1963-cü il təvəllüdlü E.Əhmədov özünə məxsus yük maşınında qum boşaldarkən ehtiyatsızlıq səbəbindən qoşqu ona dəyib. Zərbənin təsirindən yerə yıxılan E.Əhmədovun üzərinə həmin vaxt yük yerində olan qum tökülüb. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və faktla bağlı araşdırma aparılır. Hazırda ölümə səbəb olan bütün halların təfərrüatları araşdırılır.

 


Bənzər xəbərlər