88 yaşlı kişi öz ixtirasının qurbanı oldu - VİDEO
Rusiyanın Kirov vilayətində 88 yaşlı rus ixtiraçı faciəvi şəkildə ölüb.
Patrulaz.az “Baza” teleqram kalanına əsasən xəbər verir ki, məşhur təyyarə modelyeri və konstruktor 88 yaşlı Vladimir Trapeznikov özünün hazırladığı üstü açıq helikopterin sınağı zamanı qəfil texniki nasazlıq baş verib.
Hadisə zamanı uçuş cihazı nəzarətdən çıxaraq aşıb, onun üst hissəsində yerləşən vintilyatorun kəskin fırlanan qanadları isə ixtiraçını ağır yaralayıb. Aldığı xəsarətlər səbəbindən Trapeznikov hadisə yerindəcə ölüb.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Qeyd edək ki, Vladimir Trapeznikov Rusiya aviasiya ictimaiyyətində uzun illər fəaliyyət göstərən, öz ixtiraları ilə tanınan şəxslərdən biri idi.
Hadisə anının görüntülərini təqdim edirik:
Gülbəniz Səfərova






