ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı gözləntiləri aşaraq 219 minə yüksəlib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Əmək Departamenti işsizlik müavinəti müraciətləri ilə bağlı həftəlik məlumatları açıqlayıb. Ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 1 Fevralda bitən həftədə əvvəlki həftəyə görə 11 min nəfər artaraq 219 minə çatıb.

Bazar gözləntisi bu dövrdə işsizlik müavinəti müraciətlərinin sayının 214 min olacağı idi. Əvvəlki həftəyə aid işsizlik müavinəti müraciətlərinin sayı isə 207 mindən 208 minə revize edilib.

Keçən həftə etibarilə 4 həftəlik işsizlik müavinəti müraciətlərinin sayı ortalama 4 min adam artaraq 216 min 750-yə çatdı.

Davam edən işsizlik müavinəti müraciətlərinin sayı 25 Yanvar ilə bitən həftədə 36 min artaraq 1 milyon 886 minə yüksəlib.


Bənzər xəbərlər