ABŞ-da qızılcadan daha bir ölüm
ABŞ-ın Nyu-Meksiko ştatında qızılca üçün götürülən analiz müsbət çıxmış şəxs ölüb. Dövlət səhiyyə departamenti bunun son 10 ildə ölkədə qızılca ilə bağlı ikinci ölüm olduğunu açıqlayıb.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Nyu Meksiko Səhiyyə Departamentinin İctimai İnformasiya Mütəxəssisi David Morqan, ölən şəxsin peyvənd edilmədiyini və ölümündən əvvəl heç bir tibbi yardım istəmədiyini söylədi. Həyat itkisinin əyalətdə 40 ildən çox müddətdə qızılca ilə bağlı ilk ölüm olduğunu ifadə edən Morqan, ölümün əsl səbəbi ilə bağlı araşdırmanın davam etdiyini bildirdi. Bildirilib ki, adı açıqlanmayan yetkin xəstənin ölümü ştatda qızılca ilə bağlı ilk ölümdür.
ABŞ rəsmiləri Qərbi Texasda qızılca xəstəliyinin sürətlə yayıldığını və çərşənbə axşamı günü 159 qızılca hadisəsinin olduğunu bildirdilər. Nyu Meksiko ştatının Lea qraflığında 10 hadisənin aşkarlandığı bildirilib.
Ötən həftə Texasda bir uşaq son on ildə ABŞ-da qızılcadan ilk ölüm hadisəsi oldu. Ölən uşağa peyvənd vurulmadığını xatırladan mütəxəssislər qızılcadan qorunmağın ən təsirli yolunun MMR peyvəndi olduğunu və peyvəndin iki dozasının 97 faiz təsirli olduğunu bildirirlər.