media-inshot_20250721_094037269

ABŞ-nin Texas ştatında baş vermiş güclü daşqınlar nəticəsində 134 nəfər ölüb, 101 nəfər isə itkin düşüb.

Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə avtomobillərin şosse ilə irəliləyən su dalğasından qaçmağa çalışdığı, küçələrdə hərəkət edən insanların isə su axını ilə aparıldığı aydın görünür.

Hadisə nəticəsində onlarla yaşayış evi, infrastruktur və nəqliyyat vasitələri su altında qalıb. Ərzidə axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, yerli hakimiyyət orqanları hələlik rəsmi məlumatın ilkin olduğunu və ölənlərin sayının artma ehtimalını istisna etmirlər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər