ABŞ-də güllələnərək öldürülən yazıçı Çarli Kirkin qatili barədə ŞOK FAKTLAR - Onu atası...
ABŞ-də universitetin həyətində pərəstişkarları ilə söhbət edərkən güllələnərək öldürülən yazıçı və media siması Çarli Kirkin qatili saxlanılıb.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp televiziyadakı çıxışında məlumat verib. O, qatillə bağlı ölüm cəzasına ümid etdiyini bildirib.
Məlumata görə, sentyabrın 10-da Çarli Kirki boynundan güllələyərək öldürən şəxsin 22 yaşlı Yuta ştatının sakini Teyler Robinson olduğu müəyyən edilib.
Robinson hadisədən bir gün sonra – sentyabrın 11-də atası tərəfindən polisə təslim edilib. Belə ki, oğlunun cinayəti etiraf etdiyini bildirən ata dərhal hökumət qurumları ilə əlaqə saxlayıb. Bundan sonra Robinson həbs edilib.
Araşdırmanın gedişində ailə üzvlərinin verdiyi ifadələr də diqqət çəkib. Onların sözlərinə görə, Robinson son illərdə siyasətə daha çox maraq göstərir, Çarli Kirki sevmədiyini açıq şəkildə dilə gətirirdi. Hətta yaxın günlərdə ailəsinə Kirkin Utah Valley Universitetinə gələcəyini də açıqlayıb.
Robinsonun otaq yoldaşı ilə yazışmalarında isə cinayətlə bağlı əlavə detallara rast gəlinib. Mətbuatın yazdığına görə, Kirki vurduqdan sonra Robinson silahı hadisə yerində qoyub.
Hadisənin ən qeyri-adi tərəfi isə tüfəngdən çıxan güllə gilizlərinin üzərində yazıların olmasıdır. Araşdırma materiallarına görə, gilizlərin birində italyan xalq mahnısı “Bella Ciao”-nun sözləri yazılıb. Digərində isə “Ey faşistlər! Tutun!” sözləri ilə birlikdə müxtəlif ox işarələri qeyd edilib. Üçüncü gilizdə isə təhqiramiz ifadələr yer alıb: “Əgər bunu oxuyursansa, homoseksual LMAOsan”.
Qeyd edəl ki, Robinsonun daha əvvəl heç bir cinayət törətmədiyi bildirilib. Araşdırma zamanı Robinsonun elə Kirki güllələdiyi Utah Dövlət Universitetinin 2021-ci ildə tələbəsi olduğu ortaya çıxıb.


Gülbəniz Səfərova






