media-inshot_20250808_161546168

ABŞ-nin Kaliforniya ştatında yenidən genişmiqyaslı meşə yanğınları başlayıb. 

Patrulaz.az “CNN”ə istinadən xəbər verir ki, güclü külək və yüksək temperatur nəticəsində alov sürətlə yayılmağa başlayıb.

Yanğın səbəbilə 50 mindən çox sakin təhlükə zonalarından təxliyə olunub. Görüntülərdə heyvanların alovlardan qaçdığı əks olunub.

Bölgədə fövqəladə xidmətlər gecə-gündüz fasiləsiz işləyirlər. Yanğınsöndürmə əməliyyatlarına helikopter və təyyarələr də cəlb olunub.

Gülbəniz Səfərova


Bənzər xəbərlər