ABŞ-də mutant dovşanlar peyda olub
ABŞ-nin Fort Kollinz şəhərində başlarında pulcuqlar əmələ gəlmiş mutant dovşanlar peyda olub.
Patrulaz.az xəbər verir ki, dovşanlarda yaranmış bu dəyişikliklərin Shope papillomavirusu (CRPV) adlı virus nəticəsində baş verdiyi məlum olub.
Məlumata görə, virus dovşanlarda şişlərin yaranmasına səbəb olsa da, insan və digər növ heyvanları üçün təhlükə yaratmır.
Məsələ ilə bağlı veterinar mütəxəssis bildirib ki, şişlər dovşanların yemək yeməsini çətinləşdirir, bəzi hallarda onların yorğunluqdan ölümünə səbəb olur. Lakin insanlar üçün heç bir risk yaratmır.

Gülbəniz Səfərova






