ABŞ-də təyyarə dənizə çırpıldı - VİDEO
ABŞ-nin Şimali Karolina ştatının Ouk adası yaxınlığında kiçikölçülü təyyarə texniki nasazlıq səbəbilə birbaşa okeana çırpılıb.
Patrulaz.az “SHOT” teleqram kanalına əsasən xəbər verir ki, qəzanın görüntülərində təyyarənin dənizə yaxınlaşdığı və alt hissəsinin suya toxunması ilə üzüaşağı vəziyyətdə batdığı anlar aydın görünür.
Hadisə nəticəsində təyyarənin pilotu kabinədən çıxaraq suya düşüb. Yerli xilasedicilər vaxtında müdaxilə edərək onu sahilə çıxarıblar. Pilot bədənində müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hadisə zamanı digər sərnişinlərin olub-olmaması barədə məlumat yoxdur.
Gülbəniz Səfərova






