ABŞ-də təyyarə qəzaya uğradı - VİDEO
ABŞ-nin İndiana ştatında təyyarə qəzaya uğrayıb.
Patrulaz.az “Xarici KİV”ə istinadla xəbər verir ki, qəza nəticəsində dünya ətrafında təkbaşına uçan 10 qadın pilota daxil olan 44 yaşlı An Thu Nguyen həkak olub.
Hadisə zamanı şahidlər pilotun qəza öncəsi qəribə manevrlər etdiyini bildiriblər. Onların sözlərinə görə, Nguyen sola dönüb, təyyarənin burnu qəfil yuxarı qalxıb və daha sonra dönməyə başlayıb. Sonda isə təyyarə yerə çırpılıb.
Hadisənin səbəbləri araşdırılır.






