media-inshot_20260114_145835991

“Amerika Birləşmiş Ştatları Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsinə sadiqdir”.

Patrul.az Erməni mediasına əsasən xəbər verir ki, bu fikri ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuinn “Ermənistan və dünya risklər və imkanların kəsişməsində” mövzusunda keçirilən müzakirədə deyib.

Kristina Kuinn vurğulayıb ki, ABŞ Bakı və İrəvan arasında sülh prosesinin irəlilədilməsi məqsədilə regiondakı digər tərəfdaşlarla əməkdaşlığa hazırdır. Onun sözlərinə görə, Vaşinqtonun əsas hədəfi atılan addımların konkret və məntiqi nəticələrə gətirib çıxarmasıdır.

“Ermənistan, Azərbaycan və regiondakı digər tərəfdaşlarla birgə çalışaraq, həyata keçirilən təşəbbüslərin nəticə verməsini və bunun regionda məntiqi, ədalətli sülh və davamlı rifahın təmin olunmasına xidmət etməsini hədəfləyirik,” – deyə ABŞ səfiri əlavə edib.

media-etapngdcdbtweayjoldmvd2vlt8jjqvqlvjg2fsn
Kristina Kuinn

 

Gülbəniz Səfərova


Bənzər xəbərlər