media-inshot_20260409_092643768

ABŞ Prezidenti Donald Trump İrana yenidən mesaj göndərərək, əsl razılaşmaya tam əməl olunana qədər bütün ABŞ gəmilərini, təyyarələrini və hərbi personalını İran ətrafında saxlayacağını bildirib.

Patrul.az xəbər verir ki, o, bu barədə “Truth” sosial platformasındakı paylaşımında qeyd edib.

“Bütün ABŞ gəmiləri, təyyarələri və hərbi personalı əlavə sursat, silah və onsuz da xeyli zəifləmiş düşmənin ölümcül şəkildə təqib edilməsi və məhv edilməsi üçün lazım olan hər şeylə birlikdə, əsl sazişə tam əməl olunana qədər İranda və ətrafında qalacaqlar”, deyə o bildirib.

O, razılaşma əldə olunmayacağı təqdirdə hərbi əməliyyatların daha da genişlənəcəyi ilə bağlı xəbərdarlıq edib:

“Bu, çoxdan razılaşdırılıb və bütün saxta ritorikaya baxmayaraq, nüvə silahları olmayacaq və Hörmüz boğazı açıq və təhlükəsiz olacaq. Bu müddət ərzində böyük ordumuz güc toplayır və istirahət edir, əslində növbəti addımını gözləyir”, – deyə Tramp əlavə edib.

Məlumat üçün bildirək ki, aprelin 10-da Pakistan vasitəçiliyi ilə tərəflər arasında atəşkəs üçün razılaşmanın əldə olunması gözlənilir.

 


Bənzər xəbərlər