media-inshot_20260114_180335472

İran hökumətinin ölkədə davam edən etiraz aksiyalarında iştirak edən şəxslərin bir qismini “terrorçu” kimi təqdim etməsinə ABŞ tərəfindən sərt reaksiya verilib.

Patrul.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, etirazların 18-ci günündə ABŞ Dövlət Departamentinin farsdilli “X” (keçmiş Twitter) hesabında yayımlanan açıqlamada İran hakimiyyətinin etirazçılara qarşı tətbiq etdiyi zorakılığı haqlı göstərmək məqsədilə bu cür ittihamlardan istifadə etdiyi bildirilib.

“İslam Respublikasının etirazçıları iğtişaşçı və terrorçu adlandırması dünyanı aldatmır. Bunlar zorakılığı haqlı çıxarmaq üçün istifadə edilən etiketlərdir, başqa bir şey deyil”, – paylaşımda qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl İran Prezidenti Məsud Pezrşkian da etirazlarla bağlı əvvəlki açıqlamalarında cinayət törədən şəxslərin İran vətəndaşları olmadığını söyləyib.

media-img_20260114_180411_723


Bənzər xəbərlər