ABŞ İrana qarşı müharibəyə əslində nə qədər xərcləyib? - Rəsmi rəqəmlər 3 dəfə azaldılıbmış...
ABŞ İrana qarşı hərbi əməliyyatlara rəsmi rəqəmlərdən 3 dəfə çox – 85 milyard dollardan artıq vəsait xərcləyib.
Patrul.az xəbər verir ki, bu barədə münaqişənin maliyyə yükünü real vaxt rejimində izləyən “Iran War Cost Tracker” portalının hesabatında bildirilib.
Məlumata görə, qeyd olunan məbləğ Pentaqonun maliyyə xidmətlərinin müvəqqəti rəhbəri Jules Hurst tərəfindən əvvəllər Konqresə təqdim edilmiş 29 milyard dollarlıq rəsmi proqnozdan təxminən üç dəfə çoxdur.
Müstəqil analitiklərin hesablamalarına görə, Pentaqon rəsmi hesabatlarda yalnız regiondakı şəxsi heyətin saxlanılması və döyüşlərdə sıradan çıxan texnikaların əvəzlənməsi kimi birbaşa xərcləri göstərir. Lakin “Iran War Cost Tracker” hərbi əməliyyatların ilkin dövründəki maliyyə brifinqlərinə istinad edərək fərqli mənzərə ortaya qoyub.
Belə ki, müharibənin ilk 6 günündə ABŞ büdcəsindən 11,3 milyard dollar xərclənib, sonrakı hər gün üçün isə bu xərc orta hesabla 1 milyard dollar təşkil edib.






