ABŞ-nin ən böyük hərbi bazasında ATIŞMA - Məktəblər bağlandı
ABŞ ən böyük hərbi bazasında atışma baş verib.
Patrulaz.az “ANSA” ya istinadla xəbər verir ki, ABŞ-nin Corciya ştatında yerləşən ən böyük Fort Stüart hərbi bazasında atışma zamanı 7 nəfər yaralanıb, onlardan 4-nün vəziyyəti ağırdır.
Məlumata görə, atışmadan sonra baza bir saat ərzində müahsirəyə alınıb. Bölgədəki məktəblər isə təhlükəsizlik səbəbi ilə bağlanıb.
Qeyd edək ki, ərazidə hərbiçilər, ailələr daxil olmaqla 10.000 adam yaşayır.

Gülbəniz Səfərova






