media-img_20260210_175018_219

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Bakıya səfərə gəlib.

Patrul.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda hər iki ölkənin dövlət bayraqları dalğalanıb, ABŞ-nin vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Vitse-prezident Ceyms Devid Vensi Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

Xatırladaq ki, ABŞ-nin vitse-prezidenti fevralın 9-da İrəvana səfər edib. Səfər çərçivəsində o, Ermənistanın Baş naziri Nikol Paşinyan və Prezident Vaaqn Xaçaturyanla görüşlər keçirib.

media-img_20260210_175018_219

media-img_20260210_174940_863


Bənzər xəbərlər