ABŞ prezidenti Tramp: Heç kim fələstinliləri Qəzzadan deportasiya etmir
Tramp Ağ Evdə İrlandiyanın baş naziri Maykl Martini qəbul edərkən mətbuata açıqlama verib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Qəzza ilə bağlı deportasiya planını açıqladıqdan sonra İsraildəki ifrat sağçı siyasətçilər tez-tez qəzzalıların bölgədən sürgün edilməsinə çağırışlar etməyə başladılar.
ABŞ prezidenti Tramp Qəzza zolağındakı fələstinlilərin məcburi köçkün edilməsini və qonşu ölkələrdə, xüsusilə Misir və İordaniyada salınacaq yeni qəsəbələrə sürgün edilməsini təklif etmişdi.
İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotrich bildirib ki, onlar Trampın bölgədəki fələstinliləri İordaniya, Misir və digər ərəb ölkələrinə sürgün etmək, Qəzzanı “təmizləmək” təklifi üzərində işlənilir.