Zelenskinin Türkiyə ilə bağlı açıqlaması: Ukrayna razılaşmaya hazırdır
Ukrayna prezidenti Vladimir Zelenski paytaxt Kiyevdə ticarət naziri Ömər Bolat, Kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı ilə görüşündən sonra açıqlama verib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski, Prezident Ərdoğanla Ankarada bağlanılan razılaşmalardan sonra Türkiyə hökuməti və iş dünyası təmsilçiləri ilə mənalı görüş keçirdiyini qeyd edib: “Türk iş dünyasının Ukraynada olması vacibdir. Ölkəmiz Türkiyənin Bayraktar pilotsuz uçan aparatlarının tədarükü başda olmaqla, dəstək və yardımlarını yüksək qiymətləndirir”- deyə, Zelenski bildirib.
Görüşdə Rusiya ilə ədalətli və davamlı sülh səyləri, ikitərəfli əlaqələr, müxtəlif pilotsuz uçuş aparatlarının istehsalı sahəsində əməkdaşlıq imkanları və türk şirkətlərinin Ukraynanın yenidən qurulmasında iştirakının müzakirə edildiyi də vurğulanıb.