Putindən atəşkəs bəyanatı: Biz atəşkəslə bağlı təkliflərlə razıyıq
Rusiya prezidenti Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə birgə mətbuat konfransında Ukrayna ilə atəşkəslə bağlı açıqlamalar verib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna ilə atəşkəs təklifində razılaşdıqlarını ifadə edən Putin, atəşkəs mövzusunda göstərdiyi səylərə görə ABŞ prezidenti Donald Trampa təşəkkür edib.
Putin vəziyyət nəzərə alınarsa, Ukraynanın ABŞ-dan israrla görüş tələb etməsinin başa düşülən olduğunu bildirərək, 30 günlük atəşkəs rejimini dəstəklədiklərini, lakin müzakirə edilməli olan məsələlərin də olduğunu bildirib.
Ukrayna-Rusiya müharibəsinin dinc yolla sonlandırılması ideyasını dəstəklədiklərini ifadə edən Putin, Ukrayna ilə sərhəd xəttinin uzunluğunu nəzərə alaraq, atəşkəs rejiminə nəzarətin və pozuntuların izlənilməsinin çox mürəkkəb məsələ olduğuna diqqət çəkib.
Putin bütün məsələlərin ABŞ tərəfi və tərəfdaşları ilə müzakirə edilməli olduğunu da bildirib və bu məsələ ilə bağlı ABŞ prezidenti Donald Trampla telefon danışığı ola biləcəyini deyib.