Məktəbdə 66 dinozavr ayaq izi aşkar edilib
Avstraliyanın Kvinslend şəhərində bir məktəbdə illərdir diqqətdən kənarda qalan qaya parçasının üzərində 66 fosilləşmiş dinozavr ayaq izləri aşkar edilib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Kvinslend ştatının Banana kənd şəhərindəki məktəb girişində üç barmaqlı ayaq izləri olan qayanı araşdırmaq üçün paleontoloq Entoni Romilio ilə əlaqə saxlayıb. Təhlillər nəticəsində məlum olub ki, qayada təxminən 200 milyon il əvvəl erkən Yura dövrünə aid onlarla dinozavr ayaq izləri var. Kvinslend Universitetindən Romilio, tapıntının Avstraliyada indiyə qədər sənədləşdirilmiş dinozavr ayaq izlərinin ən sıx kolleksiyalarından biri olduğunu qeyd edib.