Trampdan Aİ-yə 200 faiz vergi təhlükəsi!
ABŞ prezidenti Donald Tramp bildirib ki, Aİ viskidən gömrük rüsumunu aradan qaldırmasa, Aİ ölkələrindən gələn bütün şərab və digər spirtli məhsullara 200 faiz gömrük rüsumu tətbiq edəcək.
Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp sözügedən tarif dərhal ləğv edilməsə, ABŞ-ın tezliklə Fransa və digər Aİ ölkələrindən gələn bütün şərab, şampan və spirtli içkilərə 200 faizlik rüsum tətbiq edəcəyini bildirib. O qeyd edib ki, ABŞ-dakı şərab və şampan biznesi üçün yaxşı fürsət olacağını qeyd edib.