Suriya prezidenti Şara müvəqqəti konstitusiya bəyannaməsini imzalayıb
Suriyalı hüquqşünaslar, politoloqlar, professor-müəllim heyəti və jurnalistlərdən ibarət komitə öz işini başa çatdıraraq müvəqqəti konstitusiya bəyannaməsini prezident Əhməd Şaraya təqdim edib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Dəməşqin Xalq Sarayında keçirilən mərasimdə müvəqqəti konstitusiyanın hazırlanması komitəsinin üzvləri ilə yanaşı, Milli Dialoq Konfransının üzvləri, Suriya Alimlər Birliyinin sədri Usamə Rifai və Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani də iştirak ediblər.
Mərasimdə çıxış edən müvəqqəti konstitusiyanı hazırlayan komitə üzvü Suriyalı politoloq Dr. Əbdülhəmid əl Avak bəyannamə haqqında məlumat verdi.
Müvəqqəti konstitusiya bəyannaməsini qəbul edən və imzalayan Suriya prezidenti Əhməd Şara komitəyə təşəkkür edib.