media-dcf8c7e4-e950-45fc-a9ab-2bdc8141b158

“Bu gün ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Rusiya Prezidenti Vladimir Putin arasında görüşün baş tutacağı gözlənilir. Görüş, əsasən Ukrayna müharibəsinin sonlandırılması istiqamətdə aparılan danışıqlar çərçivəsində xüsusi önəm daşıyır. Baş tutacaq görüş təbii ki, beynəlxalq ictimaiyyət tərəfindən də yaxından izlənilir”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Elçin Abdullayev bildirib. Onun sözlərinə görə, baş tutacaq ABŞ və Rusiya arasındakı görüşün əsas məqsədi Trampın hazırladığı sülh planını Moskvaya təqdim etməkdir:

“Ümümiyyətlə, Rusiya-Ukrayna müharibəsinin fonunda ABŞ-Moskva münasibətləri gərginliyinin pik dövrünü yaşayır. Tramp administrasiyası münaqişənin, o cümlədən Rusiya ilə münasibətlərin diplomatik yolla həllinə çalışdıqlarını vurğulayırlar. Lakin Trampın bəzi təklifləri nə ABŞ-nin əvvəlki administrasiyasının mövqeyi ilə uyğunluq təşkil edir, nə də ki, Amerikanın Avropada olan müttəfiqləri tərfindən qəbul olunur. Buna baxmayaraq, bu görüşün baş tutacağı ehtimalı böyükdür. Görüşün əsas məqsədi ABŞ Prezidentinin təşəbbüsü ilə hazırlanan 7 bəndlik sülh planını Rusiyaya təqdim etməkdən və sözügedən plan ətrafında müəyyən bir razılığa gəlməkdən ibarətdir. Görüşdə bir neçə məsələnin müzakirəyə çıxarılacağı ehtimalı var. Burada ABŞ və Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların mərhələli şəkildə yumşaldılması və ya tamamilə ləğv edilməsi müzakirə ediləcəyi gözlənilir”.

media-462e303a-b5ad-4fa7-b233-d0d7c246bd02
Politoloq bildirir ki, bu görüş müharibəni köklü şəkildə bitirmək üçün deyil, tərəflərin mövqelərini anlamaq məqsədi daşıyır:

“Bundan başqa, Ukraynanın NATO-ya üzvlüyündən imtinası, paralel olaraq ABŞ-nin Krımın Rusiyaya məxsusluğunu tanıması və əvəzində Rusiyanın işğal etdiyi Ukraynanın bəzi ərazilərdən çıxarılması müzakirə obyekti olacaqdır. Ümumlikdə, bu təkliflərə nəzərə saldıqda, planın tərkibində, xüsusən də Ukrayna-Rusiya münaqişəsinin fonunda Krımın ikinci ölkəyə verilməsinin yer alması məsləsində Kiyevin kompromisə getməyəcəyi gözlənilir. Çünki Ukrayna Prezidenti Volodimir Zelenski bu cür təkliflərə sərt reaksiya verir. O, Krımın Rusiyaya məxsusluğunun tanınmasını qəti şəkildə rədd edir. Ukrayna rəhbərliyi sülhün Rusiyanın qoşununlarını ölkədən tam çıxarmasından sonra baş tutacağını vurğulayır. Nəzər salsaq ki, proseslərin dalana dirəndiyi halda, sözügedən görüşdən dərhal nəticə gözləmək doğru olmaz. Çünki baş tutacaq görüş, əsasən tərəflərin mövqeyini anlamaq və gələcək danışıqlara zəmin yaratmaq baxımından önəmlidir”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər