ABŞ və İsrail İranda aeroportu vurdu
ABŞ və İsrail İranda Kaşan hava limanını vurub.
Patrul.az xəbər verir ki, bu barədə İsfahan qubernatorunun müavini Əkbər Salehi məlumat verib.
Hücumlar zamanı həmçinin Şahreza, Aran, Bidgöl və Nəcəfabad şəhərləri də hədəfə alınıb.
Bu hücumlar ABŞ və İsrailin 28 fevralda başlayan İrana qarşı hərbi kampaniyanı davam etdirdiyi bir vaxta təsadüf edir. İran hakimiyyəti bildirir ki, hərbi əməliyyatlar başlayandan bəri minlərlə insan həlak olub və ya yaralanıb.
Tehran İsraili, eləcə də İordaniya, İraq və Körfəz ölkələri daxil olmaqla qonşu ölkələrdəki ABŞ bazalarını və maraqlarını hədəf alan pilotsuz uçuş aparatları və raket hücumları ilə cavab verib.






